Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2025 07:28
İrəvanda təşkil olunmuş yarmarkada xarici turistlərə Qarabağ hələ də "Ermənistan torpağı" kimi təqdim olunur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə bir neçə gün öncə İrəvanda çəkilmiş fotoları GSSR44 paylaşıb.
Satışa qoyulan kitab və süvenirlərdə Ermənistanın xəritəsi Qarabağla birgə göstərilir.
Ermənistan Baş naziri Nikol Paşinyan hər zaman "Real Ermənistan"dan danışsa da, "Uydurma Ermənistan" təbliğatının aparılmasına, o cümlədən Ermənistan parlamentində müxalif deputatların önündə keçmiş və qondarma rejimin əski parçasının qoyulmasına və beləliklə də revanşist ideyanın davam etdirilməsinə mane olmur.