Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2025 07:58
"Mənim problemim də odur ki, gəlib mənə deyirlər ki, çıxış et. İmkan verin, işimi görüm".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Xuzistan əyalətinə səfər edən İran Prezidenti Məsud Pezeşkian deyib.
"Mən sizinlə rahat danışa bilərəm, amma mənə deyəcəklər ki, danışmaq əvəzinə dediklərini et. Danışmaq və şüarlar səsləndirmək əvəzinə ölkədəki problemləri həll etmək üçün vaxt ayırmalıyam. Mən namizəd olanda heç kimə rəqəm vermədim, demədim ki, prezident olsam, bunları edəcəm. Bacardıqca problemləri həll etməyə çalışacam", - deyə Pezeşkian bildirib.