Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2025 23:18
Ermənistan hökuməti növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyil.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
"Növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı həmişə müzakirələr olub. Bununla belə, biz növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmırıq", - baş nazir bildirib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilə planlaşdırılıb.