Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2025 18:10
Yanvarın 26-da Qazaxıstanın "FlyArystan" aviaşirkətinə məxsus təyyarə Uralskdan havaya qalxarkən quş topası ilə toqquşub.
Sonxeber.net xəbər verir ki, bu barədə "Air Astana"nın mətbuat xidməti məlumat yayıb.
Hadisəyə baxmayaraq, ekipaj uçuşu davam etdirib və təhlükəsiz şəkildə Astanaya enib: "Sol mühərrikdəki kompressor bıçağının və gövdənin bir hissəsinin zədələnməsinə baxmayaraq, ekipaj uçuşu davam etdirərək Astanada təhlükəsiz yerə enib. Enişdən sonra mütəxəssislər yoxlamalar aparıb, o cümlədən quşların qalıqlarını tapıblar. Uralskda təkrar hadisələrin qarşısını almaq üçün quşların növünü müəyyən etmək üçün bu nümunələr analizə göndəriləcək". /Unikal