Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2025 17:35
"Anamın vəziyyəti yaxşı deyil. Ürəyi ona imkan vermir".
Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqızı anasının səhhətindən danışarkən deyib.
O, anasının reanimasiyada olduğunu vurğulayıb:
"Həkimlər ona insult diaqnozu qoyub. Reanimasiyadadır. Ümidimiz Allahadır".
Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirmişdi.