Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beqoviçin yeni klubu hansı olacaq? - Britaniya mediası adları açıqladı

Beqoviçin yeni klubu hansı olacaq? - Britaniya mediası adları açıqladı

Tarix: 8 Dekabr 2019 09:48

“Qarabağ”ın qapıçısı Asmir Beqoviç karyerasını İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem”də davam etdirə bilər.

Qol.az xəbər verir ki, bu haqda Britaniyanın “The Sun” nəşri məlumat yayıb.

Dekabrın 31-də bosniyalı qapıçının “Qarabağ”ın icarəsi başa çatır. Müqavilə ilə Premyer Liqa təmsilçisi “Bornmut”a məxsus olan Beqoviçlə İngiltərənin “Derbi”, “Birmingem”, həmçinin Hollandiyanın “PSV Eyndhoven” klublarının da maraqlandığı bildirilib. “Bornmut”ın hazırkı baş məşqçisi Eddi Xounun etimadını itirən Beqoviçin yanvarda özünə yeni klub tapacağı bildirilir.

“The Sun” yazır ki, hazırkı klubu ilə hələ iki il yarımlıq müqaviləsi olan Beqoviç həftəyə 60 min funt qazanmalıdır. Yeni klubu ona bu maaşın yarısını verməlidir.

“Vest Hem”in Beqoviçin xidmətində daha çox maraqlı olduğu və onu heyətinə cəlb etmək istədiyi bildirilib.

 


Etiketlər:  Beqoviçin yeni klubu hansı olacaq Britaniya mediası adları açıqladı


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ