Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2025 08:04
Kanada, Çin və Meksikanın hakimiyyət orqanları yaxın 24 saat ərzində Vaşinqtonun bu ölkələrin məhsullarına rüsum tətbiq etməsindən yayına bilməyəcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Xeyr, heç bir şey. Hazırda yox", - o, üç dövlətin hadisələrin belə inkişafının qarşısını almaq üçün hər hansı bir şey edə biləcəyi barədə suala cavabında deyib. "Xeyr. Bu, təmiz iqtisadiyyatdır. Bizim hər üç ölkə ilə böyük (ticarət-red) kəsirimiz var", - o deyib.
"Bir halda külli miqdarda fentanil (sintetik opioid - red.) göndərir, onunla ildə yüz minlərlə insanı öldürürlər. Digər iki halda isə bu zəhərin xaricdən gətirilməsinə şərait yaradırlar", - Tramp deyib.
Amerika lideri əmin edib ki, ABŞ tariflərin tətbiqi ilə heç bir güzəştə getmir.