Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank manatla bağlı AÇIQLAMA yaydı

Mərkəzi Bank manatla bağlı AÇIQLAMA yaydı

Tarix: 1 Fevral 2025 10:36

Bu ilin yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,45 bənd təşkil edib.

Sonxeber.net Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, dekabrın 1-i ilə müqayisədə 0,12 bənd (3,4%) az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,03 bənd (0,9%) azdır.

Belə ki, bu ilin dekabrın 1-də manatın dövretmə sürəti 3,57 bənd, ötən ilin yanvarın 1-nə isə 3,48 bənd təşkil etmişdi.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


Etiketlər:  Mərkəzi Bank manatla bağlı AÇIQLAMA yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ