Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2025 12:40
Bu gün İrəvan əhalisi ictimai nəqliyyatdakı qiymət artımına etiraz əlaməti olaraq boykot aksiyasına başlayıb.
Sonxeber.net xəbər verir ki, aksiyaya şəhərin Ağsaqqallar Şurasının üzvlərindən ibarət "Anamız Ermənistan" fraksiyası, Parlamentin "Ermənistan" fraksiyasından olan deputatı Qarnik Danielyan, eləcə də şəhərin keçmiş meri Ayk Marutyan da qoşulacaq.
Qeyd edək ki, Ağsaqqallar Şurasının qərarı ilə İrəvan ərazisində ictimai nəqliyyatın qiyməti 100 dramdan 150 drama qaldırılıb./APA