Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyandan ETİRAF: Trampla görüş...

Paşinyandan ETİRAF: Trampla görüş...

Tarix: 1 Fevral 2025 07:52

ABŞ-a səfərin əsas məqsədi dini etiqad azadlığı ilə bağlı sammitdə iştirak etməkdir, orada prosedur tədbiri keçirilir, ABŞ prezidenti ilə görüş nəzərdə tutulmur. Hazırda proqramımızda belə bir maddə yoxdur.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Ancaq bu, çox vacib bir səfərdir. Mən də həmkarlarımla məsləhətləşdim və belə qənaətə gəldik ki, mütləq gedib iştirak etməliyik. Elə tədbirlər də var ki, iştirak etmək üçün dəvət alırıq, bəziləri üst-üstə düşür, təəssüf ki, hansı tədbirdə iştirak etməyimizlə bağlı seçim etməli olacağıq", - Paşinyan bildirib.

Qeyd edək ki, erməni mediası Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşmək üçün Ağ Ev administrasiyasına dəfələrlə müraciət etdiyini və müsbət cavab almadığını yazmışdı.


Etiketlər:  Paşinyandan ETİRAF Trampla görüş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ