Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar bu tarixdən qüvvəyə minəcək

Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar bu tarixdən qüvvəyə minəcək

Tarix: 1 Fevral 2025 14:44

Rusiyada fevralın 5-dən etibarən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minəcək.

Sonxeber.net xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Teleqram" hesabında yazıb.

Onun sözlərinə görə, həmin tarixdən miqrasiya qanunvericiliyinin pozulması səbəbindən əcnəbilərə cərimələrin tətbiqinə də başlanılacaq.

V. Volodin ölkəyə giriş-çıxış qaydalarının pozulmas, habelə adları xüsusi nəzarət altında olan əcnəbilərin, eləcə də Rusiya ərazisində qeyri-qanuni yaşayan şəxslərin olduqları yer barədə polisi məlumatlandırmasının vacibliyini də vurğulayıb.

Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.

Xatırladaq ki, Rusiya xeyli azərbaycanlı miqrant var./APA 


Etiketlər:  Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar tarixdən qüvvəyə minəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ