Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 10:28
ABŞ-nin ən populyar lotereya oyunlarından sayılan “Powerball”da cekpot mükafatının məbləği 1 milyard dollara çatıb.
Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə lotereyanın saytında məlumat dərc olunub.
Çərşənbə günü lotereyanın növbəti tirajında da qalib müəyyənləşmədiyindən, uduş məbləği 1 milyard dollara yüksəlib. Məlumatda qeyd olunur ki, qalib şənbə günü müəyyənləşə bilər.
Qeyd edək ki, “Powerball” tarixində rekord cekpot məbləğinin (2,04 milyard dollar ) uduşu 7 noyabr 2022-ci ildə qeydə alınıb. Qalib Kaliforniya sakini Edvin Kastro olub və o, vergilərin çıxılmasından sonra xalis 1 milyard dollar əldə edib.