Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyanın yeni lideri ilk xarici səfərini edib

Suriyanın yeni lideri ilk xarici səfərini edib

Tarix: 2 Fevral 2025 22:26

22:21

Suriyanın keçid dövrünün prezidenti Əhməd aş-Şaraa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saudla görüşmək üçün ilk xarici səfərini Ər-Riyada edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.

"Əş-Şaraa bazar günü səhər saatlarında Səudiyyə Ərəbistanına ilk xarici səfərə gəlib. Onu xarici işlər naziri Əsəd aş-Şibani müşayiət edir", - agentlik yazıb.

Görüşün məzmunu ilə bağlı məlumat hələ yoxdur.

Eyni zamanda qeyd olunur ki, bu, Suriyanın yeni liderinin ilk xarici səfəri olsa da, daha əvvəl Dəməşqə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və Qətər Əmiri Təmim bin Həməd əl-Tani səfər edib.

-----------
08:31

Əhməd əş-Şaraa Suriyanın keçid dövrü prezidenti kimi ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, fevralın 2-də Ər-Riyada gələcək. Səfərlə bağlı başqa təfərrüat açıqlanmır.

Qeyd edək ki, əş-Şaraa yanvarın 29-dan başlayaraq Suriya prezidenti səlahiyyətlərini icra edir.


Etiketlər:  Suriyanın yeni lideri xarici səfərini edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ