Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim 582 ilə qədər həbs oluna bilərdi - elə addım atdı ki...

Həkim 582 ilə qədər həbs oluna bilərdi - elə addım atdı ki...

Tarix: 2 Fevral 2025 17:16

Türkiyənin Antalya şəhərində "Yenidoğulan dəstəsi" işi üzrə müttəhimlərdən biri olan həkim İlker Gönen cəzaçəkmə müəssisəsində həyatına sonlandırıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, cinayət qruplaşmasının rəhbərlərindən biri kimi tanınan Gönen saat 16:00 radələrində bu addımı atıb.

Qeyd edək ki, "Yenidoğulan dəstəsi" körpələri İstanbuldakı müqaviləli xəstəxanalara göndərərək qəsdən yanlış müalicə etdikləri və səhlənkar davranışları nəticəsində 10 körpənin ölümünə səbəb olduqları üçün saxlanılıb. Təşkilatın rəhbərləri həkim Fırat Sarı və İkler Gönen, 5 həkim, 3 tibb bacısı, 5 tibb işçisi və 1 mülki şəxs həbs edilib.

Əlavə edək ki, Gönen barəsində 177 il 6 aydan 582 il 9 aya qədər həbs cəzası istənilmişdi.


Etiketlər:  Həkim ilə qədər həbs oluna bilərdi elə addım atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ