Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kral Çarlzı kim əvəzləyəcək? - Taxt-tac üçün ilk 10 namizəd - FOTOları

Kral Çarlzı kim əvəzləyəcək? - Taxt-tac üçün ilk 10 namizəd - FOTOları

Tarix: 2 Fevral 2025 18:40

İkinci qızı şahzadə Beatrisin doğulmasından sonra taxt-tacın varislərinin siyahısı yenidən dəyişib.

Sonxeber.net bildirir ki, birinci yeri hələ də kral Çarlzın və şahzadə Diananın (birinci həyat yoldaşı) böyük oğlu Uels şahzadəsi Uilyam tutur.

Ondan sonra Uilyamın böyük oğlu Uels şahzadəsi Corc Uelsin şahzadəsi Uilyam və Keytin ilk övladıdır.

Üçüncü yeri şahzadə Corcun bacısı və şahzadə Uilyamın qızı, Uels şahzadəsi Şarlotta tutur. 

Dördüncü yeri Uelsin ikinci oğlu şahzadə Lui tutur.

Beşinci yerdə Uilyamın kiçik qardaşı, Sasseks hersoqu şahzadə Harridir. Amma nəzərə alsaq ki, o, çoxdan kral ailəsinin yüksək rütbəli üzvü rolundan imtina edib, çətin ki, nə vaxtsa kralın yerini tuta bilsin.

Altıncı yerdə Harrinin övladları şahzadə Lilibet, yeddinci yerdə isə onun oğlu şahzadə Arçi qərarlaşıb.

Səkkizinci yeri kraliça II Yelizavetanın ortancıl oğlu, York hersoqu şahzadə Endryu tutur, lakin o da taxt-tacın varisliyində yerini itirməsə də, çoxsaylı qalmaqallara görə krallıq vəzifələrindən uzaqlaşdırılıb.

Doqquzuncu yeri Endrünün böyük qızı York şahzadəsi Beatris tutur.

Onuncusu isə Beatrisin böyük qızı Sienna Elizabet Mapelli-Motsidir. Onun bu yaxınlarda doğulmuş bacısı Afina isə on birinci yerdədir. /Lent.az


Etiketlər:  Kral Çarlzı əvəzləyəcək Taxt üçün namizəd FOTOları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ