Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2025 18:30
Avropa İttifaqı (Aİ) Avropa mallarına gömrük rüsumları tətbiq etmək barədə düşünən ABŞ ilə mümkün ticarət müharibəsinə hazırlaşır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Aİ diplomatiya rəhbəri Kaya Kallas qurumun Brüsseldə keçirilən qeyri-rəsmi sammitinə gəldiyi zaman deyib.
Kallasın sözlərinə görə, bu vəziyyətdə qalib Çin olacaq.
"Biz diqqətlə qulaq asdıq və öz tərəfimizdən hazırlıq görürük. Amma aydındır ki, ticarət müharibəsində qalib yoxdur. Əgər Aİ və ABŞ ticarət müharibəsinə başlasa, yeganə güləcək ölkə Çin olacaq", - deyə o bildirib.