Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Ukraynanın itkilərini AÇIQLADI

Zelenski Ukraynanın itkilərini AÇIQLADI

Tarix: 5 Fevral 2025 12:28

Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş əməliyyatları zamanı 45,1 min nəfər itki verib.

Sonxeber.net bildirir ki,  bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib.

"İtkilərimizə gəlincə: dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45,1 min nəfər həlak olub və təxminən 390 min yaralanma halı var. Dəqiqləşdirim: yaralanma hallarının sayı yaralananların sayından çoxdur, çünki yaralanan və sonra döyüş meydanına qayıdıb yenidən yaralanan insanlar var", - dövlət başçısı deyib.

2024-cü ilin dekabrında Zelenski cəbhədə 43 min hərbçinin həlak olduğunu, 370 min yaralanma halının qeydə alındığını bildirmişdi. /Report


Etiketlər:  Zelenski Ukraynanın itkilərini AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ