Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2025 12:42
Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin dəfn mərasimi keçiriləcək.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.
Məmmədov Tərlan Fikrət oğlu fevralın 7-si Yevlax şəhəri Şəhidlər xiyabanında, Quliyev Müşfiq İbrahim oğlu Cəbrayıl rayonu, Horovlu kənd qəbiristanlığında, Tağıyev Elşən Qubad oğlu isə Salyan rayonu, Seyidsadıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.