Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İbrahim Nisəyə deyib ki, gəl evlənək” - VİDEO

“İbrahim Nisəyə deyib ki, gəl evlənək” - VİDEO

Tarix: 10 Fevral 2025 12:55

"Sovetlər zamanında Nisə Türkiyəyə getmişdi. İbrahim Tatlısəslə görüşmüş, onunla eyni səhnəni bölüşmüşdü. İbrahim bacımın ayaqlarının altında oturub ona təriflər söyləmiş, Türkiyədə qalmağı məsləhət görmüşdü. Amma bacım ona "baxarıq..." cavabını vermişdi".

Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımovanın bacısı Kövsər xanım "Afaqla 10lar" verilişinə müsahibəsində deyib.

Onun sözlərinə görə, N.Qasımova Türkiyədə olarkən Tatlısəs ona evlilik təklifi edib: "Bacım Nisə sonra gəlib mənə və anamıza dedi ki, İbrahim ona səni alıram, gəl biz evlənək və sən Türkiyədə qal söyləyib. Bacım isə cavabında ona demişdi ki, mən nə Türkiyədə qalanam, nə də ki sənə ərə gələn. Mən - Nisə Qasımova heç zaman vətənimi satmaram. Mən Azərbaycan qızıyam. Heç zaman bunu edə bilmərəm".(olay.az)


Etiketlər:  İbrahim Nisəyə deyib gəl evlənək VİDEO


RƏYLƏR