Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ''Scandens Pharmaceutical Industries'' zavodunun tikintisi uğurla davam etdirilir

Azərbaycanda ''Scandens Pharmaceutical Industries'' zavodunun tikintisi uğurla davam etdirilir

Tarix: 8 May 2019 16:12

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi strateji siyasətə uyğun olaraq Azərbaycanın əczaçılıq sənayesinin də inkişafı uğurla davam etdirilir.

Hazırda Azərbaycanda dərman preparatları istehsal edəcək müasir əczaçılıq zavodlarının ən qısa müddətdə inşasına dair qarşıya qoyulmuş vəzifə uğurla icra olunur. Bu da öz növbəsində sözügedən sahədə idxalın qarşısını alacaq və ölkəmizdə də həmin məhsulların idxalı üçün sərf olunan valyuta ehtiyatlarının qənaət etməyə gətirib çıxaracaqdır. Hazırda ölkəmizdə istifadə edilən dərmanların 95%-dən çoxu xaricdən idxal olunur.

Qarşıya qoyulmuş vəzifəyə uyğun olaraq, bərk formalı dərmanların istehsalı ilə məşğul olacaq "Scandens Pharmaceutical Industries" MMC əczaçılıq zavodunun tikintisi uğurla həyata keçirilir.

"Scandens Pharmaceutical Industries" MMC 90 adda 150 milyondan çox tablet və 40 milyon kapsul istehsal edəcəkdir. Zavodda dərman istehsalının ilkin xammaldan hazır məhsulun ərsəyə gəlməsinə qədər tam sikli həyata keçirilir. Əczaçılıq sənayesinin Bosh, Uhlmann, Fette, Glatt, Flaktwood və s. kimi dünyada tanınmış liderlərinin ən müasir yüksək texnologiyalı avadanlıqlarından istifadə olunması WHO, GMP və Eu GMP beynəlxalq standartlarına tam cavab verən dərman vasitələrinin istehsalına imkan yaradacaqdır.

"Scandens Pharmaceutical Industries" zavodunun işə düşməsi nəticəsində 100-dən çox yüksək ixtisaslı mütəxəssisin işlə təmin edilməsinə imkan yaradılacaq. Şirkət gələcəkdə Azərbaycan Dövlət Tibb Universiteti ilə sıx əməkdaşlıq edərək ölkənin əczaçılıq sənayesinin dirçəlişi üçün dərman istehsalı üzrə mütəxəssislərin hazırlanmasından ötrü baza yaradılmasını da planlaşdırır.

"Scandens Pharmaceutical Industries" zavodunda ölkə səhiyyəsi üçün anti-diabetik, tüberküloz, kardiologiya, analgetik, nevroloji və digər qrup dərman preparatlarının hazırlanması nəzərdə tutulub. Zavod, həmçinin öz məhsullarını MDB və digər qonşu ölkələrin də əczaçılıq bazarlarına ixrac etməyi planlaşdırır. Skandens Pharmaceutical Industries MMC özünün inkişaf strategiyasına uyğun qiymət siyasəti nəticəsində daha ucuz, lakin keyfiyyətli məhsulların istehsal həcminin artırılmasını hədəfləyir.

Hazırda dünya əczaçılıq nəhəngləri ilə bəzi dərman vasitələrinin Skandens Pharmaceutical Industries MMC-nin müəssisələrində birgə istehsalına dair danışıqlar da aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda Scandens Pharmaceutical Industries zavodunun tikintisi uğurla davam etdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ