Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2025 00:30
Verdiyi konsertlərdə tez-tez Azərbaycan mahnılarına yer verən özbəkistanlı müğənni Alişer Nazarov bu dəfə də ənənəsinə sadiq qalıb.
Sonxeber.net xəbər verir ki, o bu dəfə Xalq artisti Eyyub Yaqubovun repertuarına müraciət edib.
Sənətçi bu dəfə sözləri Orxan Mürvətliyə, musiqisi isə Vüqar Mirzəyevə məxsus "Əzizim" mahnısını oxuyub.
Müğənninin ifası sosial şəbəkədə maraqla qarşılanıb.(olay.az)