Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2025 19:50
Məşhur futbolçu Keyta Balde həmkarı Mauro İkardinin həyat yoldaşı Wanda Nara ilə münasibət yaşadığını etiraf edib.
Sonxeber.net türk mediasına istinadla xəbər verir ki, Balde evli olarkən Wanda ilə münasibətdə olduğuna görə peşmanlığını ifadə edib:
"Həyatımın ən böyük səhvini etdim. Wanda Naranı günahlandırmıram. Bütün məsuliyyət mənim üzərimdədir. Bu mənim səhvimdir. İkardi və Wanda arasında baş verənlər mənimlə əlaqəli deyil. Onları günahlandırmıram. Ancaq bu səhvimə görə özümü çox pis hiss edirəm. Simona, həyatım boyu sevəcəyim yeganə qadındır."
Futbolçunun həyat yoldaşı Simona isə Wandanın Balde ilə münasibətdə olduğunu sübut edən şəkilləri ona göndərdiyini bildirib.