Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim səhvinə görə qolları və ayaqlarından oldu

Həkim səhvinə görə qolları və ayaqlarından oldu

Tarix: 13 Fevral 2025 10:12

ABŞ-da həkim səhvi nəticəsində bir kişinin qolları və ayaqları amputasiya edilib. 

Sonxeber.net-ın xarici mediaya istinadən məlumatına görə, Çad Qerlo böyrək daşlarını çıxarmaq üçün əməliyyat olunub və qolu və ayaqları olmadan xəstəxanadan buraxılıb.

Əməliyyatın uğurlu keçdiyi iddia edilir, lakin sonradan məlum olub ki, kişi infeksiyaya yoluxub - xəstənin təzyiqi qalxıb, orqanları sıradan çıxmağa başlayıb.

Qerloya təyin olunan güclü antibiotiklərdən onun həm qolları, həm də ayaqları qaralıb. Nəticədə o, amputasiya olunub. Xəstə xidmətin düzgün göstərilməməsinə görə tibb müəssisəsini məhkəməyə verib. //Lent.az


Etiketlər:  Həkim səhvinə görə qolları ayaqlarından oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ