Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Firuzə İbadova: “Həyatımda bir məhəbbət olub, o, da qəbir evinə gedəcək”

Firuzə İbadova: “Həyatımda bir məhəbbət olub, o, da qəbir evinə gedəcək”

Tarix: 17 Fevral 2025 09:25

Əməkdar artist Firuzə İbadova açıqlamaları ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, o, "Zaurla Günaydın" proqramında qonaq olarkən həyatı ilə bağlı sualları cavablandırıb.

F. İbadova həmçinin keçmiş həyat yoldaşından söz açıb:

"Elə insanam ki, üzr istəməyi sevirəm. Günahkar olmasam da, qarşı tərəfdən addım atılmırsa, ona kömək edirəm. Üzrü bölürəm ki, ona ağırlıq düşməsin. Hərdən fikirləşirəm ki, müğənni olmayaydım, evdar xanım, ya da müəllim olardım. Ailə mövzusuna toxunmayaq. Ürəyimdə bağlı bir kitab var və o, heç vaxt açılmır. Hər insan bir ağacdır, o ağacın daxilində bir kitab var. İnsan o ağacın içində kitab şəklində bağlı qalır. Həyatımda bir məhəbbət olub, o, da qəbir evinə gedəcək. Bunu heç kim bilmir. Mən bilirəm, Allah bilir. Düzgün həyat qurdum, ondan da çox gözəl bir bəxşişim var. Düz etmişəm, onu seçmişəm. Seçimimdə yanılmamışam. Peşman olduğumu deməklə səhv etmişəm. Onun kimi məni anlayan olmazdı, mənim taleyimdi, ondan razıyam və minnətdəram. Üzrünü qəbul etmədiyim olub, onlara dəymə". (Bizim.Media)


Etiketlər:  Firuzə İbadova Həyatımda məhəbbət olub qəbir evinə gedəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ