Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 15:42
Xəbər verdiyimiz kimi, fevralın 16-na keçən gecə Ucar rayonunda dumanlı havada 14 avtomobil toqquşub.
Sonxeber.net istinadla xəbər verir ki, Bakı-Qazax magistralındakı qəzada ölənlərdən biri nazirlik əməkdaşı imiş. Belə ki, faciəvi şəkildə həyatını itirən şəxslərdən 1989-cu il təvəllüdlü Günel Allahverdiyeva Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin əməkdaşı imiş.
Qeyd edək ki, hadisə fevralın 16-da gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun 237-ci km-də baş verib. 14 maşının toqquşduğu hadisədə 2 nəfər - Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayev hadisə yerində ölüb, 22 yaralı isə Göyçay xəstəxanasına gətirilib. / Teleqraf