Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2025 23:15
Dietoloqlar və elm adamları kartof və badımcanın xüsusilə qızardılmış halda istehlakının sağlamlıq üçün riskli ola biləcəyini bildiriblər.
Sonxeber.net xəbər verir ki, mütəxəssislərin sözlərinə görə bu iki tərəvəz yüksək temperaturda qızardıldıqda tərkiblərindəki nişasta və bəzi digər maddələr zərərli birləşmələrə çevrilə bilər. Bu proses nəticəsində akrilamid kimi kanserogen maddələrin yaranması mümkündür.
Həmçinin, qızartma zamanı istifadə olunan yağın keyfiyyəti və təkrar istifadəsi də təhlükəni artırır.
Qeyd olunur ki, bu maddələrin uzun müddət bədənə daxil olması orqanizmdə hüceyrə zədələnməsinə, iltihab proseslərinin güclənməsinə və hətta xərçəng riskinin artmasına səbəb ola bilər.
Mütəxəssislər bu tərəvəzlərin daha sağlam bişirmə üsulları ilə, yəni buxarda, sobada və ya qaynadılmış halda istifadəsini tövsiyə edirlər.