Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mask ''Grok''u təqdim etdi - FOTO

Mask ''Grok''u təqdim etdi - FOTO

Tarix: 18 Fevral 2025 21:12

Amerikalı milyarder İlon Mask özünün "xAI" şirkətinin "Grok" süni intellekt servisinin yeni versiyasını - "Grok 3"ü təqdim edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İ.Mask "Grok 3"ü dünyanın ən ağıllı süni intellekti adlandırıb.

Şirkət nümayəndələrinin fikrincə, "Grok 3" "Google Gemini"ni, "DeepSeek V3"ü, "Claude"ni, habelə "GPT-4"ü üstələyir.

İ.Maskın sözlərinə görə, "Grok 3" əvvəlki versiyanı - "Grok 2"ni üç dəfə üstələyir. Şirkət "Grok 3" üçün "Deepsearch" "ağıllı" axtarış sistemini də təqdim edib.

Qeyd edək ki, "Grok 3" modeli "X" sosial şəbəkəsində "Premium+" sahibləri üçün əlçatandır.


Etiketlər:  Mask Groku təqdim etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ