Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan devrilir? - Putin bu tarixdə hərəkətə keçəcək

Paşinyan devrilir? - Putin bu tarixdə hərəkətə keçəcək

Tarix: 19 Fevral 2025 11:18

Ermənistan müxalifəti döyüşə hazır vəziyyətə gətirilib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. İddialara görə, artıq müxalifət uzun sürən sükutu pozmağa başlayıb.

"Kimisi mitinqə çağırış edir, kimisi qurultay keçirir və ya başqa fəallıq formatlarına cəhd edirlər. Buna təkcə qlobal geosiyasi dəyişikliklər, Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışları səbəb olmayıb. Bəzi şayiələrə görə, Rusiya dairələrindən də mümkün dəyişikliklərlə bağlı Ermənistana müəyyən siqnallar ötürülür".

"Hraparak" qeyd edib ki, xüsusilə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp görüşündən sonra rəsmi Moskva hərəkətə keçəcək:

"Rusiya Cənubi Qafqazla məşğul ola bilər. Ona görə də bəziləri hesab edir ki, təsadüfi qüvvələrin səhnəyə çıxmaması üçün siyasi meydan bu hadisələrə hazır olmalıdır. Müxalifətin fikrincə, bu dəyişikliklər Nikol Paşinyanın xeyrinə olmayacaq".  /Globalinfo.az


Etiketlər:  Paşinyan devrilir Putin tarixdə hərəkətə keçəcək


RƏYLƏR