Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2025 06:35
Məhkəmə məşhur müğənni Rihannanın nişanlısı, reper Eysap Roki haqqında qərarını açıqlayıb.
Sonxeber.net xəbər verir ki, məhkəmə onu təqsirsiz hesab edib. Rihanna məhkəmə zalında göz yaşlarını saxlaya bilməyib. Reperin özü də hökm elan edildikdən sonra vəkillərini qucaqlayıb və onlara "Həyatımı xilas etdiyiniz üçün təşəkkür edirəm" deyə, bildirib.
Eysap daha sonra Rihannanın üstünə tullanaraq sevincini onunla bölüşüb və birgə ağlayıblar.
Qeyd edək ki, reper 2021-ci ildə həbs edilib və girov müqabilində azadlığa buraxılıb. Eysap 2021-ci ilin noyabrında "Relli" ləqəbli keçmiş repçi dostu Terell Efrona silahla hücum etməkdə ittiham edilib. Onun 24 ildək həbsi gözlənilirdi. (Axşam.az)