Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2025 08:35
"Axşam saat 11-ə qalmış Yasamaldakı İnşaatçılar metrosu qarşısında avtobus tapmadım. Hələ şəhərin mərkəzidir!".
Sonxeber.net xəbər verir ki, bu sözləri aparıcı Mehman Rəsulov "Xəbər ertəsi" verilişində deyib. O, qarşılaşdığı xoş olmayan mənzərədən danışıb:
"Elə bir istiqamətdə durmuşdum ki, oradan avtobuslar məhz mərkəzə gəlirdi. İddia olunur ki, bizdə avtobuslar saat 12-ə qədər işləyir. Mən çox kənarda yaşamıram, amma avtobus tapmadıq. Bunun cavabını kim verməlidir? Taksi ilə getdik.
Eybəcər bir mənzərə yarandı. Dayanacaqda 2-3 xanım var idi. Hər dəqiqə bir maşın gəlirdi, təklif edirdilər ki, apara bilərik. Niyyətinə bir şey demirəm, çox qeyrətli insanlarımız var. Xanımlar da onları tanımır, əlbəttə maşına əyləşməyəcəklər. Mən minib getdim, bəs bu insanlar? Bundan sonra neçəsi gəlib dayanacaq. Əziyyətlə çalışan insanlardır, 11-də işdən gələn məmur deyil. Avtobusun işləyən vaxtıdır, amma yoxdur. Taksiyə də bəlkə pulu yoxdur. Müşahidə etdim ki, insanlar piyada getdilər. 77 və 39 nömrəli marşrutlar gəlmədi. İnsan özünü birtəhər hiss edir. Cavabdeh qurumlar, siz bu situasiyada özünüzü birtəhər hiss etmirsiniz?". (Axşam.az)