Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Avropada ilk 10-luqda

''Qarabağ'' Avropada ilk 10-luqda

Tarix: 26 Fevral 2025 10:10

Avropanın milli çempionatlarında ən çox qol vuran komandalarının cədvəlinin ön sıralarında Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" da yer alır.

Sonxeber.net xəbər verir ki, Ağdam təmsilçisi geridə qalan 24 turda rəqib qapılarından 60 qol keçirib.

Qurban Qurbanovun rəhbərlik etidiyi komanda bu göstəriciyə görə, Avropanın ən məhsuldar 10-cu komandasıdır. "Qarabağ" Türkiyə klubu "Fənərbağça" ilə 10-cu pilləni bölüşdürür.

Bu göstərici üzrə ilk onluq belədir:

1. "Srvena Zvezda" (Serbiya) - 24 oyun / 86 qol

2. "Seltik" (Şotlandiya) - 27 / 77

3-4. PSV (Niderland) - 23 / 71

3-4. TNS (Uels) - 26 / 71

5. "Bavariya" (Almaniya) - 23 / 69

6. "Barselona" (İspaniya) - 25 / 67

7. "Liverpul" (İngiltərə) - 27 / 64

8. PSJ (Fransa) - 23 / 62

9. "Sportinq" (Portuqaliya) - 23 / 61

10-11. "Qarabağ" (Azərbaycan) - 24 / 60

10-11. "Fənərbağça" (Türkiyə) - 24 / 60  /Oxu.Az


Etiketlər:  Qarabağ Avropada luqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ