Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin: ABŞ-nin yeni administrasiyası...

Putin: ABŞ-nin yeni administrasiyası...

Tarix: 27 Fevral 2025 17:48

ABŞ-nin yeni administrasiyası ilə ilk təmaslar müəyyən ümidlər doğurur.

Sonxeber.net bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında çıxışında bildirib.

Praqmatizm və real baxış nümayişi

Onun sözlərinə görə, ABŞ-nin hazırkı hakimiyyəti praqmatizm və hadisələrə real baxış nümayiş etdirir, stereotipləri və messianist ideoloji klişeləri rədd edir.

Putin qeyd edib ki, Rusiya ilə ABŞ arasındakı dialoq hamını qane etmir, ona görə də, onlar onu pozmağa çalışacaqlar.

Dialoq və xarici müdaxilə məsələsi

"Biz Qərb elitasının Rusiya Federasiyası ilə ABŞ arasında dialoqa müdaxilə etmək cəhdlərinin qarşısını almaq üçün diplomatiyanın və kəşfiyyat xidmətlərinin bütün imkanlarından istifadə etməliyik. Rusiya və ABŞ əməkdaşlığı bərpa etməyə hazırdır", - deyə Rusiya prezidenti vurğulayıb.

Rusiya və ABŞ əməkdaşlığının bərpası

Putin ölkəsinin heç vaxt Ukrayna böhranını sülh yolu ilə həll etməkdən imtina etmədiyini söyləyib.

Əlavə edib ki, Rusiya hərbçilər Ukraynadakı fəaliyyəti ilə əsas beynəlxalq problemlər üzrə dialoqun başlanmasına şərait yaradıblar. /Apa


Etiketlər:  Putin ABŞ yeni administrasiyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ