Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qvardiolanı 20 il təqlid etmək yanlış idi" - Alleqri

Tarix: 9 Dekabr 2019 14:40

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri İtaliya mətbuatına müsahibəsində “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola haqda da danışıb.

Qol.az xəbər verir ki, ispaniyalı məşqçinin “Barselona”dakı uğurlu dönəmlərindən danışan Alleqri hamının onu təqlid etmək istəməyinin düzgün olmadığını deyib:

“20 il Pep Qvardiolanı təqlid etdik. Bu, yanlışlıq idi. Düzdür, Qvardiolanın futbolu bir istisna idi, onun futbolu hər kəsə aid deyildi. Onun tarixə düşən “Barselona”sı rəqibə pressinq edən, öz cərimə meydançasına sıxan üç yaxşı futbolçu ilə birgə doğulmuşdu. Amma bunun üçün daim İnyesta, Xavi və Messi kimi futbolçuya sahib olmalısan. Onların etdikləri xüsusi bir şey idi. Biz isə bunu hamının etməsini istədik”.

Xatırladaq ki, Alleqri "Yuventus"la 5 dəfə İtaliya A Seriyasının qalibi olub.

 

 


Etiketlər:  Qvardiolanı 20 il təqlid etmək yanlış idi Alleqri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ