Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yazıçı Müşfiq Xanın oğlu tapıldı - yenilənib - FOTO

Yazıçı Müşfiq Xanın oğlu tapıldı - yenilənib - FOTO

Tarix: 1 Mart 2025 07:50

07:47

Yazıçı Müşfiq Xanın oğlu tapılıb.

Bu barədə yazıçı sosial mediada məlumat yayıb. O, oğlunun harada tapılması barədə açıqlama verməyib.

Qeyd edək ki, yazıçı Müşfiq Xan sosial mediada oğlu Füzuli Fərziyevi axtardığı barədə elan yazmışdı. Onun yazdığına görə, oğlu dünən 16:15 radələrində metronun "Avtovağzal" stansiyasında olub: "Sonra hara getdiyi haqqında məlumat yoxdur".

DİN-in Mətbuat Xidmətindən yazıçının övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görüldüyü bildirilmişdi.

---------------
2025.02.28

Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.

Sonxeber.net xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

"Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun "Avtovağzal" stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üzərində telefon yoxdur.  Onu görənlərdən (050) 243-14-53, (055)716-63-73 nömrələri ilə əlaqə saxlaması xahiş olunur".

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirilib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


Etiketlər:  Yazıçı Müşfiq Xanın oğlu tapıldı yenilənib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ