Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2025 14:42
Rusiyada miqrantların ailələrini gətirməsinə qadağa qoyulması ilə bağlı aparılan müzakirə Qazaxıstan cəmiyyətində narahatlıq yaradır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.
"Rusiyada əmək miqrantlarının ailələrini gətirməsinə qadağa qoyulması ilə bağlı müzakirə olunan qanunvericilik dəyişiklikləri təbii ki, cəmiyyətimizdə narahatlıq doğurur. Axı, söhbət yerli müəssisələrdə çalışaraq təkcə Qazaxıstanın deyil, həm də Rusiyanın iqtisadi inkişafına töhfə verən insanların taleyindən gedir", - Abayev bildirib.