Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2025 06:55
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı Südeyf Bədri ikitərəfli əlaqələri müzakirə ediblər.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycanın Tehrandakı diplomatik missiyasının sosial şəbəkə hesabında məlumat yayılıb.
"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Südeyf Bədri və qrupun üzvləri ilə görüşüb, ikitərəfli əlaqələrə və dostluq qrupları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılmasına dair fikir mübadiləsi aparıb", - səfirliyin mətbuat xidməti qeyd edib.