Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2025 15:44
AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klublarını cərimələyib.
Sonxeber.net xəbər verir ki, paytaxt təmsilçiləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda yaşananlara görə ziyana düşüblər.
"Zirə" beş üzvü "Araz-Naxçıvan"la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsümdə ikinci dəfə yaşanır) 500 manat ödəyəcək.
"Kəpəz"lə oyunda (1:0) qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Bassalu Sambu iki oyunluq cəzalanıb, "Neftçi"yə isə 1500 manatlıq cərimə tətbiq edilib.