Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səs Azərbaycan”ın iştirakçıları münsiflərdən yaxşı oxuyurlar”

“Səs Azərbaycan”ın iştirakçıları münsiflərdən yaxşı oxuyurlar”

Tarix: 7 Mart 2025 00:35

Müğənni Emil Bədəlov açıqlaması ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan ifaçı "Səs Azərbaycan" müsabiqəsindəki iştirakçıların yarışmadakı münsiflərdən yaxşı oxuduqlarını deyib:

"Səs Azərbaycan" yarışması çox xoşuma gəlir. Sonuncu müsabiqədə istedadlı uşaqlar çoxdur. Maşallah, iştirakçılar münsiflər heyətindən yaxşı oxuyurlar. Uşaqlar biri-birindən yaxşı ifa edirlər. Mənə elə gəlir ki, onlar münsiflər heyətinin yerinə keçsinlər".

Qeyd edək ki, müsabiqənin münsifləri Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, bəstəkar-müğənni Murad Arif və "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovdur. (Axşam.az)


Etiketlər:  Səs Azərbaycanın iştirakçıları münsiflərdən yaxşı oxuyurlar


RƏYLƏR