Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maskla Rubionun DAVASINA Tramp da qarışdı

Maskla Rubionun DAVASINA Tramp da qarışdı

Tarix: 8 Mart 2025 11:42

ABŞ dövlət katibi Marko Rubio və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask mübahisə ediblər.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "The New York Times" məlumat yayıb.

Qeyd olunur ki, bu, Nazirlər Kabinetinin iclasında baş verib. 

Mask Rubionu işçilərini ixtisar etməməkdə günahlandırıb, Rubio isə buna cavab olaraq milyarderin yalan danışdığını bildirib. 

Mübahisə zamanı ABŞ Prezidenti Donald Tramp söhbətə qarışaraq Rubionu müdafiə edib. 

Qəzet qeyd edir ki, Rubio bir neçə həftədir ki, Maskın yanaşmasından şəxsi olaraq narazılığını bildirir.


Etiketlər:  Maskla Rubionun DAVASINA Tramp qarışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ