Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pezeşkian İran xalqından ÜZR İSTƏDİ

Pezeşkian İran xalqından ÜZR İSTƏDİ

Tarix: 8 Mart 2025 18:36

İran Prezidenti Məsud Pezeşkian ölkədə davamlı olaraq elektrik enerjisində yaranan fasilələrə görə xalqdan üzr istəyib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Pezeşkian bu barədə Tehranda keçirilən 17 milyard dollarlıq enerji investisiya layihəsinin imzalanma mərasimində çıxış edərkən deyib.

"Tankerlərimizdəki qaz ehtiyatları elektrik stansiyalarının tələbatını ödəməyə kifayət etmirdi. Təbii ki, Neft və Energetika Nazirliyindəki dəyərli əməkdaşlarımız böyük zəhmətlə hasilatı artıraraq və bu çətin dövrü bağlayaraq, yol verilən nöqsanları aradan qaldıra bildilər. Buna görə əhali qışda qazsız qalmadı. Ancaq, elektrik enerjisində yaranan fasilələrə görə xalqdan bir daha üzr istəyirəm", - İran prezidenti bildirib.


Etiketlər:  Pezeşkian İran xalqından ÜZR İSTƏDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ