Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin dəfn yeri məlum oldu - FOTO

Xalq artistinin dəfn yeri məlum oldu - FOTO

Tarix: 13 Mart 2025 08:54

08:51

Ötən gün beyninə qansızması nəticəsində vəfat edən Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, balet ustası Tamilla Şirəliyeva bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd olunub ki, Xalq artisti ilə vida mərasiminin bu gün saat 10:30-dan 12:00-a qədər Təzəpir məscidində keçirilməsi nəzərdə tutulub.

"Tamilla xanımın həyat yoldaşı çoxdan dünyasını dəyişib. Teymur adlı bir oğlu var. Təəssüf ki, anasının dəfnində iştirak edə bilməyəcək. Çünki ABŞ-də yaşayır. Sənədlərində yaranan problemlə bağlı dəfndə iştirakı mümkün olmayıb", - deyə yaxını bildirib.

Xatırladaq ki, Tamilla Xudadat qızı Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. O, ötən gün 79 yaşında vəfat edib.

---------------
2025.03.12

Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib.

Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktor müavini Fərid İbrahimov məlumat verib.

O bildirib ki, T.Şirəliyeva uzun zamandır şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Son vaxtlar böyrəklərində problem yaranan balet ustası əməliyyat olunub. O bu gün səhər beyninə qan sızandan sonra vəfat edib.

Qeyd edək ki, Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub.


Etiketlər:  Xalq artistinin dəfn yeri məlum oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ