Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2025 10:20
Aparıcı cütlük Zaur və Günay Baxşəliyeva polisə müraciət edib.
Sonxeber.net xəbər verir ki, buna səbəb cütlüyün qızı Dilavərin adından TikTok-da saxta səhifə açılmasıdır. Aparıcılar övladının elə bir səhifəsi olmadığını bildiriblər.
"Hazırda TikTok platformasında qızımız Dilavərin adından açılmış bu səhifə barəsində ölçü götürməyinizi sizdən xahiş edirik. Azyaşlının şəkillərindən istifadə edərək canlı yayımlar açan bu şəxs hazırda uşağımızın hüquqlarını pozur" deyə, Baxşəliyevlər polisə müraciət edib. /Axşam.az