Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2025 10:20
Məşhur isveçli aktyor vəfat edib.
Sonxeber.net xəbər verir ki, aktyor və musiqiçi Björn Andersen 70 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Björn Andersen 1971-ci ildə italyan rejissor Luçino Viskontinin "Venesiyada ölüm" filmi ilə məşhurlaşıb. Filmdəki Tadzio obrazı ona beynəlxalq şöhrət qazandırıb və rejissor onu "XX əsrin ən yaraşıqlı gənci" adlandırıb.
Son illərdə Andersen İsveçdə yaşayırdı. 2021-ci ildə rejissor Kristian Petri onun həyatına həsr olunmuş "Dünyanın ən gözəl oğlanı" adlı sənədli filmi təqdim etmişdi.
Qeyd edək ki, Björn Andersen həmçinin musiqiçi kimi də fəaliyyət göstərib və bir sıra teatr layihələrində iştirak edib.