Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xəyanət edən kişi çalışsın ki, arvadı bilməsin''

''Xəyanət edən kişi çalışsın ki, arvadı bilməsin''

Tarix: 27 Oktyabr 2025 15:50

Müğənni Bahar Lətifqızı "Öz aramızda" verilişində ailə mövzusunda maraqlı açıqlamalar verib.

Sonxeber.net xəbər verir ki, o, cəmiyyətdə boşanmaların və uşaq evlərinə düşən uşaqların sayının artmasından narahatlığını dilə gətirib.

Uşaq evinin həyatında izini yada salan sənətçi bunları deyib:

"Uşaq evlərində olan uşaqların 80 faizi valideynlərin biri-birini anlamadığı üçün atılan uşaqlardır. Əslində, bunlar ailə içində qarşılıqlı hörmətin və anlayışın çatışmazlığından doğur.

Bahar Lətifqızı, həmçinin xəyanət mövzusuna da toxunub. Onun sözlərinə görə, bəzi kişilər ailələrini dağıtmamaq üçün diqqətli olmalıdırlar:

"Xəyanət edən kişi çalışsın ki, evdə xanımı bunu bilməsin. Qadın bilməsə, ailə qorunar. Amma qadın bunu hiss edəndə artıq o ailə bitmiş sayılır. Belə çətindir. Uşaq olmayanda qadın ərinə deyir ki ailə qur. Belə hallarda olur. İki ailəsini də bərk tutur. 

Müğənninin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa


Etiketlər:  Xəyanət edən kişi çalışsın arvadı bilməsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ