Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaranohur gölündə ''tıxac'' yarandı - VİDEO

Qaranohur gölündə ''tıxac'' yarandı - VİDEO

Tarix: 27 Oktyabr 2025 12:20

Müxtəlif tur şirkətlərinin təşkil etdiyi səfərlər nəticəsində son günlər Qaranohur gölündə böyük insan sıxlığı müşahidə olunub.

Sonxeber.net xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə göl ətrafına istirahət üçün gələn insanların çoxluğu açıq şəkildə görünür.

Şəhərin səs-küyündən uzaqlaşıb təbiətin qoynunda dincəlmək istəyən bir çox vətəndaş göldə yaranan izdihamdan narazılıq edib. Onların sözlərinə görə, bu qədər sıxlıq həm istirahət şəraitini çətinləşdirir, həm də təbiətə zərər vurma riski yaradır.

Ekoloqlar da bildirirlər ki, belə hallarda təbiət ərazilərinə nəzarətin gücləndirilməsi və turist axınının tənzimlənməsi vacibdir.


Etiketlər:  Qaranohur gölündə tıxac yarandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ