Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2025 12:12
Mən, həmçinin Albaniya ilə Azərbaycan arasında mövcud olan dostluğu vurğulamaq istərdim. Bizim çoxillik dostluğumuz qarşılıqlı əməkdaşlığımızda, xüsusilə də iqtisadiyyat və infrastruktur sahələrində özünü göstərir.
Sonxeber.net xəbər verir ki, bu sözləri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
Albaniya Prezidenti deyib: "Mən bu dostluq münasibətlərini xalqlarımızın rifahı naminə davam etdirməyə və möhkəmləndirməyə sadiqəm. Bu, gələcəyimizi vətəndaşlarımızla, qonşularımızla, coğrafi ərazi baxımından yaxınlıqdan asılı olmayaraq tərəfdaşlarımızla birlikdə qurmağa imkan verəcək. Bu foruma sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platforma olduğuna görə təşəkkür edirəm".