Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq

İlham Əliyev: Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq

Tarix: 13 Mart 2025 11:30

Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq.

Sonxeber.net xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

"Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar", - deyə dövlətimizin başçısı əlavə edib.


Etiketlər:  İlham Əliyev işğal illərini yaddan çıxara bilmərik çıxarmayacağıq


RƏYLƏR