Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2025 12:18
Azərbaycan Respublikası Hökuməti və Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş imzalanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.
Bildirilir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın Xarici işlər və xarici ticarət naziri Timço Mutsunski imzalayıblar.