Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2025 14:24
"Yelo Bank"ın filialında müdir müştərini döyüb.
Sonxeber.net "unikal"a istinadla xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşıb.
O qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:
"Müdir əvvəlcə müştəriyə "bas bayıra" deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?"- deyə vəkil qeyd edib.