Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırırıq''

''Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırırıq''

Tarix: 14 Mart 2025 18:15

ABŞ administrasiyası Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.

Sonxeber.net-ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.

Dövlət katibi İrəvan və Bakını sənədi tezliklə imzalamağa çağırıb.

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin bağlanması üzrə danışıqların başa çatmasını alqışlayır", - o qeyd edib.

Onun sözlərinə görə, bu, iki ölkəyə "səhifəni çevirməyə" və bununla da on illlərdir davam edən münaqişəni başa çatdırmağa imkan verəcək.

"İndi sülhə nail olmaq üçün öhdəlik götürmək, müqaviləni imzalamaq və ratifikasiya etmək vaxtıdır.

Eyni zamanda Cənubi Qafqaz xalqları üçün firavanlığın yeni dövrünün başlanğıcını qeyd etməyin zaman çatıb", - sənəddə bildirilib. /"Report"


Etiketlər:  Ermənistan Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ